Qusarda 5 yaşlı qızını zəhərləyib öldürən qadının məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını zəhərləyib öldürməkdə ittiham olunan Qusar rayon sakini Gülnarə Sayfullayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını zəhərləyib öldürməkdə ittiham olunan Qusar rayon sakini Gülnarə Sayfullayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anası milliyyətcə rus, atası isə ləzgi olan G.Sayfullayeva Azərbaycan dilini yaxşı başa düşmədiyinə görə tərcüməçi ilə təmin edilib.

Məhkəmə baxışı oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Sayfullayeva qızı, 5 yaşlı Luiza Sayfullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Sayfullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.