ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Con Rouz çıxış edərkən oğlu Qay Rouzun üz ifadələri gündəmə gəlib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, dilini çıxaran və gülməli mimika edən kiçik uşağın görüntüləri sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.
Con Rouz oğlunun hərəkətlərini izah etməli olub. Amerikalı siyasətçi “Evdə televizora baxan kiçik qardaşı üçün kameraya gülümsəməsini dedim” deyərək oğlunu müdafiə edib.