Quru sərhədlərin bağlı qalmasıyla milyonlar itiririk – Ekspertbackend

Quru sərhədlərin bağlı qalmasıyla milyonlar itiririk – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 mlrd. dollar gəlir əldə edib, məmləkətə cəmi 2 mln. 85 min turist gəlib – hər bir turist ortalama 671 dollar vəsait xərcləyib. Gürcüstana isə 2023-cü ildə 5.1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub – hər bir turist, ortalama 941 dollar xərcləyiblər. Bu, hələ də qapalı qalan sərhədlərin Azərbaycan üçün nəticəsidir. Fürsətləri əldən veririk.

Tribunainfo.az yazır ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, quru sərhədlər bağlı olan ölkədə turizm inkişaf edə bilməz:”Ermənistana 2023-cü ildə 2 mln. 300 min turist gəlib, 2023-cü ilin tamamı ilə bağlı son məlumatları tapa bilmədim, amma 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb.

Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir – 2023-cü ildə qardaş ölkəyə 57 mln. 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 mlrd. 300 mln. dollar gəlir əldə edib. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb.

Turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir. Azərbaycanda bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldurlar. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz – bu mümkün deyil”.

Nigar