Quru sərhədlər BU TARİXDƏN AÇILA BİLƏRbackend

Quru sərhədlər BU TARİXDƏN AÇILA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Demək olar, dünyada quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Ona görə də, quru sərhədlərlə bağlı məsələ həllini tapmalıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, sərhədlərin qapalı qalması artıq koronavirusla izah oluna bilməz.

May ayının 1-dən bu məsələnin həllini tapacağına ümid edən ekspert bildirib ki, artıq rəsmi şəxslərin, qurumların COVİD-19-la izah edərək quru sərhədləri bağlı saxlaması mümkün deyil.