Quru sərhədlər açılmır… Bəs əcnəbilər Azərbaycana qatar və maşınla necə gələ bilir?

Quru sərhədlər açılmır… Bəs əcnəbilər Azərbaycana qatar və maşınla necə gələ bilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 8 ayında ölkəyə gələn turist sayı yenə azalıb – keçən ilin eyni dövrü ilə müqaisədə 1,6% azalma var.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat paylaşan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, faiz nisbətində azalma kiçik görünsə də, tendensiya olaraq artıq hər il turist sayının azalmasını müşahidə edirik:

“Quru sərhədlərin bağlı olması Azərbaycan iqtisadiyyatına, əsasən də turizm sektoruna böyük zərbə vurur.


Quru sərhədlər demişkən, bu ilin yanvar-avqust aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Yaxşı, bu əcnəbilər hansı qatara minir, haradan maşınla keçir, hansı gəmi ilə gəlir? Onlar gələ bilirsə, Azərbaycan vətəndaşları niyə o qatara, o gəmiyə, o maşına minə bilmirlər?!”.

Gülşən Rəsul