“Quru sərhəddin bağlı olması insanların büdcəsinə ziyan vurur” – Ekspert

“Quru sərhəddin bağlı olması insanların büdcəsinə ziyan vurur” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda pandemiya ilə əlaqədar quru sərhədlərdən başqa bütün məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı olması həm sərhədyanı ticarətə ciddi təsir göstərir, həm turizmə, həm də vətəndaşların büdcəsinə təsirsiz otüşmür”.

Bunu açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda karantin müddətinin oktyabr ayına kimi uzadılmasına münasibətində deyib. Onun fikirincə, quru sərhəddin bağlı olması insanların büdcəsinə ziyan vurur:

“Xaricə gedib-gəlmək təkcə turistlik məqsəd daşımır, insanların problemi olur, tələbələr var, hamısının xərcini valideynlər çəkir. Bundan əlavə sərhədyanı rayonlarda olan insanlar Gürcüstana getmək üçün Bakıya gəlməlidir. Halbuki onlara Gürcüstan daha yaxındır. İnsanların əziyyətini artırır, turizmə təsir göstərir”.

Ekspert bildirib ki, quru sərhədlərin bağlı olmasının heç bir müsbət təərəfi yoxdur:

 

“Heç bir ölkədə bu məhdudiyyət saxlanılmayıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə Azərbaycanda karantin müddəti oktyabr ayına kimi uzadılıb.