Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 aprel referendumunda qəbul edilən Konstitusiya dəyişikliyi ilə “Prezidentin partiya ilə əlaqəsi kəsilir” qanununun aradan qaldırılmasından sonra yenidən Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.

TİA.AZ xəbər verir ki, Ərdoğanın növbəti üzvlüyü AKP-nin mənzil-qərargahında keçirilən xüsusi mərasimlə baş tutub.
Ərdoğan üzvlük bəyannaməsini imzaladıqdan sonra rəsmən AKP üzvü olub.
“Qurucusu olduğum yuvama, eşqimə yenidən qayıdıram. Tam 979 gün sonra bu həsrət sona çatır. Bir də “Salam əleyküm” deyərək heyətinizə daxil oluram,” – Ərdoğan üzvlük bəyannaməsini imzaladıqdan sonra partiya üzvləri qarşısında çıxışında belə deyib.
“Millətimiz adından rəhbərliyini üzərimizə götürdüyümüz bu mübarək yürüşü daha qərarlı şəkildə davam etdirəcəyik. Nə etdiksə, millətimiz üçün etdik, millətimiz üçün də davam edəcəyik”, – prezident bildirib.
Qeyd edək ki, 2014-cü ilin 10 avqust seçkiləri ilə prezident seçilən Ərdoğan 17 gün sonra AKP sədri vəzifəsini Əhməd Davudoğluna təhvil vermişdi.