Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib.
Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib.
Report xəbər verir ki, qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Payidar Tüfekçioğlu 1962-ci ildə İzmirdə anadan olub. Teatr tamaşalarında rol almaq və filmlərə çəkilməklə bərabər xarici ekran əsərlərinin türk dilində səsləndirməsi ilə də məşğul olub. O, Hollivud filmlərinin tanınmış aktyorlarının türkcə dublajlarını edib. P.Tüfekçioğlu Afife Teatr Mükafatlarının “Ən yaxşı kişi aktyor” ve Avni Dilligil “Ən yaxşı kişi aktyor” mükafatlarına layiq görülüb.
O, “Hünkarın bir günü”, “Qurdlar Vadisi Pusu”, “Naciyəni kim sevməz”, “Ölümsüz eşq”, “Əcayib hekayələr”, “Sudan bezmiş balıqlar”, “Yunus Əmrə – eşq yolçuluğu” kimi seriallarda rol alıb.