“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb.
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb.
TİA.AZ PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XI turunun “Zirə” ilə qarşılaşmasına təsadüf edib. 200-cü qələbə 44 yaşlı
mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə
nəticələnib.
200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. X turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci
olmuşdusa, budəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.
“Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə
“Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.