“Bayer”dən (Almaniya) ayrılan və hazırda adı “Qarabağ”la hallanan qapıçı Andrey Lunyevin Ağdam təmsilçisinə keçidi təsdiqlənib.
Tribunainfo.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 32 yaşlı qolkiperin bu gün Bakıya gəlişini gözlədiklərini açıqlayıb:
“Onunla bir müddət əvvəl idi danışıq aparırdıq. Artıq razılığa gəlmişik. Amma bu transfer o demək deyil ki, bizim digər qapıçılarımıza inamsızlıq var”.
Lunyev sabah Bakıda tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçir.
Qeyd edək ki, Lunyov karyerası ərzində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn Ramenskoye”, “Ufa”, “Zenit” komandalarında da oynayıb. O, son klubu “Bayer”də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb. Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.