Qurbanov 8, Qriqorçuk 2 pillə irəlilədi

Qurbanov 8, Qriqorçuk 2 pillə irəlilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, fevral ayı üçün hazırlanan yekun siyahıda 3 Azərbaycan klubunun çalışdırıcısı da yer alıb.

Ən yaxşı nəticə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdadı. Ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyən mütəxəssis 491-cidi. Təcrübəli çalışdırıcının aktivində 1169 xal var.

“Zirə”nin çalışdırıcısı Ayxan Abbasov isə geriyə iki addım atıb. O, 217 xalla dünyanın 991-cisidi.

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 939-cu yerdə qərarlaşıb. 2 pillə irəliləyən ukraynalının aktivində 255 xal var.