“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis hücum xəttinə azı iki futbolçunun transfer edilməsini istədiklərini söyləyib:
“Futbolçuların sayını artırmaq, keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə azı iki futbolçu istərdim. Bu istiqamətdə aktiv çalışırıq. Danışıqlar gedir, dayanmırıq. Portuqaliya və digər ölkələrdən olan futbolçular var. Say çoxdur”.
Qurbanov klubdan ayrılacağı Musa Qurbanlı və Marko Yankoviçin gələcəyi ilə bağlı danışıb:
“Rəsmi təklif olmayıb, amma bizə də bildiriblər ki, maraq var. Rəsmi bir şey yoxdursa, məlumat vermirəm. Yerli futbolçunun kənarda inkişaf etmək ehtimalı çoxdur və Azərbaycan futboluna faydası daha çox olarsa, yox deməməyə çalışırıq. Yankoviç cəmi bir il bizdədir, əsas oyunçumuzdur. Özünə ciddi təklif ola bilər, amma klubla danışıqlar olmayıb”.