Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” matçında gərgin anlar yaşanıb.
Tribunainfo.az xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 27-ci dəqiqəsində Ağdam klubunun qapısına penalti təyin edilib.
Buna hiddətlənən Qurban Qurbanov 2 dəfə dördüncü hakimə yaxınlaşıb və uzun mübahisə edib. Hirsi soyumayan baş məşqçi epizodun təkrarını izlədiyi planşeti ayaq zərbəsi ilə parça-parça edib.
Həmin anları sizə təqdim edirik: