Qurban Qurbanovdan gözlənilməz addım – ŞOK QƏRAR

Qurban Qurbanovdan gözlənilməz addım – ŞOK QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

Tribunainfo.az sportinfo.az-a istinadən xəbər verir ki, sayt bu barədə AFFA-dakı mənbələrindən məlumat əldə edib.

Verilən informasiyaya görə, o, İcraiyyə Komitəsindən ayrılmaq niyyətindədir.

Tərübəli mütəxəssis özünə yaxın şəxslər vasitəsilə federasiya rəhbərliyini bu barədə məlumatlandırıb.

Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyini bildirib.

Qeyd edək ki, “Köhlən atlar”ın başında dayanan mütəxəssis ilk dəfə 2016-cı ildə federasiyanın ali qərarverici orqanına üzv seçilib.

2018-ci ildə, millinin sükanı arxasından ayrılandan bir müddət sonra öz təşəbbüsü ilə komitədən ayrılıb.

Deyəsən, tarix yenə təkrarlanacaq…