Qurban Qurbanova futbolçular yeni planşet bağışladılar – Video

Qurban Qurbanova futbolçular yeni planşet bağışladılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yeni planşet hədiyyə edilib.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Kuboku çərçivəsində “Araz-Naxçıvan”la keçirilən oyunda “iPad”i sındıran təcrübəli mütəxəssisə komandadakı futbolçular tərəfindən yeni planşet hədiyyə olunub.
Qeyd edək ki, sözügedən qarşılaşmada “Qarabağ” minimal hesabla məğlubiyyətə uğrayıb – 0:1. Matçın hakimi tərəfindən təyin olunan penalti qərarına sərt reaksiya verən Qurban Qurbanov özündən çıxıb və əlindəki planşeti təpiklə vuraraq qırıb.