“Qarabağ” hazırkı yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında danışıb.
O, hücum xəttinə minimum iki futbolçu transfer etmək niyyətində olduqlarını deyib:
“Hücum xəttində futbolçuların sayını artırmaq, keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Danışıqlar gedir.
İstəyirəm ki, hücum xəttinə minimum 2 oyunçu transfer edək. Bu yöndə çox aktiv çalışırıq.
Hal-hazırda da danışıqlar davam edir. İşlərimiz dayanmır. İnanın ki, çox ölkələrin çempionatlarındakı futbolçularla danışıqlar gedir.
Buraya Portuqaliya və digər ölkələr də aiddir. Onların sayı çoxdur”.