Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcəkbackend

Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.
Klubun rəsmi saytının məlumatına görə, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.
Saat 17:00-da isə “Qarabağ”ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.