Qurban Qurbanov işini ehtiyatlı tutdu, bu qərarı verdibackend

Qurban Qurbanov işini ehtiyatlı tutdu, bu qərarı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq.

Qurban Qurbanov bu dəfə işini ehtiyatlı tutub. “Köhlən atlar” komandalar arasında payızda Qəbələdə baş tutan ilk görüşə oyun günü yollanmışdısa, bu dəfə matçdan bir gün əvvəl getməyi məqsədəuyğun bilib.Təcrübəli mütəxəssis futbolçuların yerli atmosferə alışması üçün bu addımı atıb.

Həmin vaxt ağdamlılar Avropa Liqasında da mübarizə aparırdı deyə, qrafik sıxlığı yaşanırdı və hər dəqiqə baş məşqçi üçün qızıla bərabər idi. Bu dəfə isə rahatlıqdır.

“Qəbələ” – “Qarabağ” qarşılaşması saat 17:00-da başlayacaq.