Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO

Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda qapılarına təyin edilən penaltiyə əsəbiləşib.

Tribunainfo.az xəbər verir ki, o, matçın 27-ci dəqiqəsində verilən 11 metrlik cərimə zərbəsinə etiraz edib.

Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb.

Qeyd edək ki, “Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.

Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.