Qurban Qurbanov bu futbolçunu 20 min dollar cərimələdi

Qurban Qurbanov bu futbolçunu 20 min dollar cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyəsərt üzünü göstərib.
TİA.AZ sportinfo.az-a istinadən xəbər verir ki, haitili müdafiəçi 20 min dollar cərimələnib.
Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.
Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.