Qurban Qurbanov “Bayer”lə keçiriləcək cavab görüşündən danışdı (VİDEO)

Qurban Qurbanov “Bayer”lə keçiriləcək cavab görüşündən danışdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matçı üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
Qurban Qurbanov “Qarabağ”ın zədəli futbolçusu Juninyo barədə də danışıb:
“Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”.
Ətraflı Baku TV-nin süjetində: