Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? – AÇIQLAMA

Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Fikrimi 1994-cü ildə bildirmişəm ki, Azərbaycan milli futbol komandasında yerli məşqçi işləməlidir. İndi artıq 2025-ci ildir. Qurban Qurbanovun milliyə gətirilməsi təklifini normal qarşılayıram, əgər o özü razı olsa. Axı belə deyil, Qurbanovun öz fikri var, söhbət bundan gedir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib.

Ağasəlim Mircavadov: "Hansısa müğənni deyir ki, Qurban Qurbanov istefa  versin, bu, çayxana söhbətidir..." Pravda.az

A.Mircavadov milli komandanın İslandiyaya 5:0 hesabla uduzması barədə isə bunları deyib: “Hazırlıqlar vaxtı bizdən heç bir məsləhət almırlar. Hər məşqçinin öz üslubu, baxışı var. Ümumiyyətlə, xarici məşqçi ilə yerli məşqçi arasında fərq böyükdür. Futbolumuzun inkişaf etməsini, irəli getməsini istəyiriksə, yerli mütəxəssislərə inanmalı, onların arxasında dayanmalıyıq ki, çalışsınlar, işləsinlər, vəssalam”.