Qurban Qurbanov 48 pillə gerilədi

Qurban Qurbanov 48 pillə gerilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 48 pillə geriləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 32 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  “Atletiko” “sükanı arxası”nda olan Dieqo Simeone qərarlaşıb. “Qremio”nun çalışdırıcısı Renato Qauço 3-cüdür.