Qurban kəsərkən infarkt keçirdi, bıçağın üstünə düşdübackend

Qurban kəsərkən infarkt keçirdi, bıçağın üstünə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Arnavutköy qəsəbəsində qurban kəsərkən infarkt keçirən Doğan İçeloğlu (56) əlindəki bıçağın üstünə yıxılıb. Xəstəxanaya aparılan İçeloğlunu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 56 yaşlı qəssab Doğan İçeloğlu Arnavutköy Hacımaşlı məhəlləsində şəxsi sahədə kəsim edərkən infarkt keçirib.

Kişi infarkt keçirib və əlindəki bıçağın üzərinə yıxılaraq yerə düşüb.

Təcili yardımla Arnavutköy Dövlət Xəstəxanasına aparılan şəxsin müdaxilələrə baxmayaraq həyatını itirdiyi öyrənilib.

Hadisənin baş verdiyi qurban kəsiminin təşkili sahəsi havadan görüntülənib.