QURBAN ƏTİ HAQQINDA BİLMƏDİKLƏRİMİZ… NECƏ BÖLMƏLİYİK?

QURBAN ƏTİ HAQQINDA BİLMƏDİKLƏRİMİZ… NECƏ BÖLMƏLİYİK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban ətini tərəzidə çəkərək bərabər olaraq paylaşmaq lazımdır. Quyruq, içalat və yeyilən hər şey paylaşılır. Çəkmədən bölüşüb halallaşmaq caiz olmaz, faiz olar.

Tribunainfo.az Qurban ətinin necə bölüşdürülməli olduğunu yazır. Bildirilir ki, yeddi adamdan dördünə ətlə birlikdə bir ayaq, beşinciyə ətlə birlikdə dərisi, altıncıya ətlə birlikdə başı verilərsə, çəkmədən paylaşmaq caiz olar.

Yeddinciyə bir şey qoymaq lazım deyildir. Yaxud 7 adam qurbanlıq inəyi birinə təslim edib, “Kəsməyə, kəsdirməyə, ətini istədiyin kimi sərf etməyə, səni ümumi vəkil etdik” desələr, ümumi vəkil bölüşdürmədən ətin hamısını hər hansı birinə verə bilər və ya çəkmədən ortaqlar arasında göz qərarı ilə pay edilə bilər.

Qurbanın ətini bərabər olaraq çəkdikdən sonra paylaşmaq üçün püşk atmaq yaxşıdır. Bir malı ortaqlar arasında paylamaq üçün püşk atmaq caiz və sünnət hesab edilir.
Qurban ətini tərəzidə çəkmədən paylaşılıb biri digərinə dəsmal, dəftər, qələm kimi bir şey versə, paylaşma səhih olar.
Pay etmədən ətin bir qismini bişirib ortaqların müştərək yemələri caizdir.
Mətbəxləri bir olan ata-oğulun, ər-arvadın ortaq olaraq kəsdikləri qurbanı tərəzidə çəkib paylaşmaları lazımdır. Yaxud biri ümumi vəkil olarsa çəkməyə ehtiyac qalmaz.

Müsəlman bir kimsənin kəsib qeyri-müsəlmanın soyduğu qurbanın ətini yemək caizdir.

Qurban ətini kəsən də yeyə bilər. Kasıb zəngin hər kəsə də verə bilər. Ətin üçdə birini evinə, üçdə birini qonşulara, qalanını da kasıblara vermək müstəhəbdir. Hamısını kasıblara da verə bilər.
Qurban ətini evində 3 gündən çox saxlaya bilər. Qurban sahibi zəngin deyilsə uşaqlarının ət ehtiyacını qarşılamaq üçün hamısını evində saxlaya bilər.
Heyvan kəsildikdən sonra əti tələf olsa (məsələn yansa, itlər yesə), təkrar kəsmək lazım deyildir. Qan axıtmaqla vacib yerinə gəlmişdir.
Qurbanın heç bir yeri satılmaz. Bir qismi satılarsa, satılan qədərinin əvəzini sədəqə olaraq vermək lazımdır, amma qurbanın əti ilə yeyiləcək bir şey alınsa, o miqdarı sədəqə vermək lazım deyil.