Qurban Bayramının uşaqlarda yaratdığı travmalar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı müsəlmanların ən böyük bayramı hesab olunur.
 

Qurban bayramı müsəlmanların ən böyük bayramı hesab olunur.Hər bir müsəlman imkanı  çatdığı qədər qurban kəsməli və maddi durumu  aşağı olan şəxslərə  köməklik göstərməlidir.Əslində  kəsilmiş  bütün qurbanlar   aztəminatlı insanlara  kömək üçün nəzərdə tutulur.Az təminatlı ailələrə  təkcə qurban  bayramında deyil  imkan daxilində  müxtəlif vaxtlarda  da köməklik  göstərilərsə   çox yaxşı  olar.

Qurban bayramını böyüklərlə  bərabər uşaqlar da qeyd  edirər.Biz  əslində  uşaqlara  əlində olanları paylaşmağı öyrədirik. Valideynlərin qurban kəsib, digər imkansız ailələrə  paylaşması uşaqların gözü qarşısında baş verir. Bu yaxşı bir təşəbbüsdür.Amma, qurbanın uşaqların gözü qarşısında kəsilməsi bir sıra ciddi  psixoloji  problemlər  yarada bilər.Qurban bayramında valideynlər gərək son dərəcə diqqətli olsun.Uşaqlar  əslində  qurban kəsiminin dini tərəfini o qədər də anlayacaq   düşüncəyə  malik deyillər.Onlar üçün qurban kəsmək sadəcə heyvanın  uşağın gözləri qarşısında başının kəsilməsidir.Yəni sevdiyi insanlar(atası,əmisi,babası) tərəfindən bir canlının öldürülməsidir.Uşaqlar buna heç bir şəkildə mənalandıra   bilmirlər.                                                                                                                                        Uşaqlar heyvanları çox sevirlər.Qurban kəsiləcək heyvan onlar üçün  bir sevinc   məmbəyidir.İlk əvvəl heyvana sevgiylə  yanaşırlar,onu qırmızı parça ilə bəzəyirlər,ehtiyyatla  davranırlar və sonda bıçaqla başını kəsirlər.Bu hadislər uşaqların gözü qarşısında baş verir.Uşaqda  bu  prosesi  izləmək  ölüm qorxusu  hissi yaradır və onun üçün böyük travmadır.Heyvanın  kəsilməsi  prosesi  uşaqların gözləri qarşısında  baş verdikdə bu onlarda çox ciddi psixoloji problemlər yaradır.   İlkin  halda uşaqların bu məsələyə reaksiyası  müxtəlif ola bilər.Heyvanın  uşaqların gözü qarşısında  kəsilməsi   mütləq  şəkildə psixoloji  problemlər yaradır.  Azyaşlı uşaqlar  üçün gözləri qarşısında  qurbanın bıçaqla kəsilməsi,  qanın o an fışqırmaqsı   bir   insanın öldürülməsindən heç  də  fərqlənmir. 

Ən travmatik olan isə  bu məsum canlının  ölümünə  şahid  olbub , ona kömək edə bilməməkdir.Uşaqlar qurban kəsən şəxsə qarşı aqressiv  davranışlar  sərgiləyə   bilər. Eyni  zamanda ona qarşı güvəni  azalalır.  Qurbanın  kəsilməsi prosesini uşağın izləməsi  bi sıra ciddi  psixoloji  problemlər yarada bilir.Bu psixoloji problemlər aşağıdakılardır.

-Ata,anasını itirmək qorxusu ; -Tək yatmaq qorxusu,yatanda ağlayaraq yatırlar,kabus görürlər;-Gecələr yerinə  sidik qaçırma   baş verir;-Özünə  qapanır;-İştahsızlıq; -Dırnaq yeməyə  başlayırlar;-Tiklər yarananır; -Niqində   nöqsanlar yarana bilər; -Normalda tək edə biləcəkləri işlərdə valideynlərindən kömək istəyirlər;-Məktəb qorxusu yarana bilər və.s.                                                                

Övladınızın travma yaşamasını istəmirsinizsə  qurbanı azyaşlı uşaqların  gözü qarşısında kəsməyin.Eyni zamanda kəsiləcək heyvanı kəsilməzdən əvvəl uşaqlarla   təmasda olmasına şərait  yaratmayın. Uşağın yaşına görə  bu bayramın mahiyyətini ona izah edin.

Qurban bayramında uşaqlara qurban travması yaşatmamanız diləyi ilə….

Müəllif;Psixoloq Xuraman İsmayılova

Psixoloq.az