Qurban bayramı ilə bağlı xəbərdarlıq: Qarşısı alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bayram namazlarının müəyyən edilmiş qrafik üzrə qılınması ilə bağlı tövsiyələr verib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bayram namazlarının müəyyən edilmiş qrafik üzrə qılınması ilə bağlı tövsiyələr verib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, komitənin əməkdaşları tərəfindən bununla bağlı vətəndaşlara müvafiq tövsiyələr verilib.

O qeyd edib ki, komitə tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “Monitorinqlər bayram günlərində də keçiriləcək. Ümumiyyətlə namazların, ibadətlərin, o cümlədən bayram namazlarının müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilməsinə monitorinqlər vasitəsilə nəzarət olunur”.

S.Heydərov əlavə edib ki, bayram namazının məscidlərdən, ibadətgahlardan kənarda qılınmasına imkan verilməyəcək:

“Əvvəllər də bayram namazını insanların qrup şəklində məscidlərdən kənarda qılmağa cəhd etməsi hallarına rast gəlinib. Belə hallar çox az olsa da müşahidə edilib. Həmin şəxslər məsciddən kənarda, müəyyən məkanlarda, meşələrdə, çay qıraqlarında dini ayinlərin icrasını həyata keçirməyə cəhd ediblər, ancaq hüquq mühafizə orqanları belə halların qarşısını alıb. Əgər bu yenə baş verərsə, qarşısı alınacaq. Kütləvi şəkildə dini ayinlərin icrası ancaq rəsmi qeydiyyatı olan ibadətgahlarda həyata keçirilməlidir. Bu, qanunun tələbidir”.

TİA.AZ