QURANI YANDIRAN DANİMARKALI HAQQINDA HƏBS QƏRARI…backend

QURANI YANDIRAN DANİMARKALI HAQQINDA HƏBS QƏRARI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə Türkiyə səfirliyi qarşısında Quranı yandıran danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan üçün qiyabi həbs qərarı çıxarılıb.

Tribunainfo az xəbər verir ki, Rasmus Paludan haqqında Malmö Prokurorluğu tərəfindən həbs qərarı verilib.

Ölkənin ən böyük qəzeti olan “Aftonbladet”in xəbərinə görə, Qurani-Kərimi təhqir edən müxtəlif şəxs və qurumlar tərəfindən “nifrət cinayəti” işi açılıb. Onlar bu haqda açıqlama vermədiyi üçün də Malmö Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb.

Qəzetə açıqlama verən Paludan bildirib ki, polis onu qorumaq istəmir: “Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir”.