Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya Qurani-Kərimə hörmətsizlik görüntüləri ilə bağlı araşdırma başlandığını və şəxsin nəzarətə alındığını açıqlayıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, “Sosial mediada İslami dəyərlərə zərbə vuran görüntülərlə bağlı Kiber Cinayətlərlə Mübarizə İdarəmiz tərəfindən araşdırma başladıldı. Müqəddəs kitabımız Qurani-Kərimə hörmətsizlik edilib”.
Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən hesab bağlanıb və içindəkilər silinib. Yazıları paylaşan şəxs 23 yaşlı M. Ç. Müəyyən edilib ki, həmin şəxs Adana Seyhanda tutularaq saxlanılıb.
Qeyd edək ki, həmin şəxs
Böyük kitabımız Qurani-Kərimə qarşı təhqiramiz yazılar paylaşmışdı.