Qubernatorun açıqlaması ortalığı qarışdırdı

Qubernatorun açıqlaması ortalığı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Mazandaran əyalətinin ostandarı (qubernator) Mehdi Yunis Rüstəminin son açıqlaması ortalığı qarışdırıb.

Tribunainfo.az xəbər verir ki, o, son açıqlamasında hicab haqqında qanuna riayət edilməyəcəyini deyib.

Rüstəmi bildirib ki, “Nə qədər ki, insanlar acdır, mən hicab və iffət qanununu qəbul etmirəm!”.

Bu açıqlamanın ardından molla rejiminə bağlı qüvvələr hücuma keçiblər. Qəzvinin imam cüməsi Rüstəmi haqqında “sidik yolları üzrə mütəxəssisdir, göndərin həmin işlə məşğul olsun” deyib.

Digər imam cümələr də analoji açıqlama ilə çıxış edərək Mazandaran qubernatorunun istefa verməsini tələb ediblər.

Fərda Uğur