Qubadlıdakı evləri su basa bilər – Jurnalistbackend

Qubadlıdakı evləri su basa bilər – Jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən qurulan Qubadlı rayonunun Mahruzlu kəndində tikilən evlər yağış yağanda su altında qalacaq.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Qubadlı rayon sakini olan jurnalist Rəsul Mirhəşimli rayonda aparılan işlərlə bağlı deyib. O bildirib ki, sözügedən kənddə evlərin kürsülü tikilməməsi düzgün deyil:

“Bura Qubadlı rayonunun bərpa edilən Mahruzlu kəndidir. Evlərin tikilişinə diqqət edin. Bu evləri tikəndə yerdən, heç olmazsa, bir neçə daş hündür tikmək mümkün deyildi?

Yazda dağlardan gələn sel sularını demirəm hələ, elə payızda azacıq yağıntı ilə bu evləri su basacaq. Kəndin evlərinin sel yatağında tikilməsi isə bir ayrı problemdir”.

Nigar