Qubada mikroavtobus dərəyə aşıb, yaralılar var.
Qubada mikroavtobus dərəyə aşıb, yaralılar var.
TİA.AZ “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. Sərnişin avtobusu dərəyə aşıb.
Qəza zamanı avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Quba Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: “Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib” – deyə xəstəxanadan bildiriblər. Digər üç yaralı — Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.