Quaydo Venesuelanı küçələrə səslədi

Quaydo Venesuelanı küçələrə səslədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada özünü respublikanın müvəqqəti prezidenti elan etmiş ölkə Milli Məclisinin spikeri Xuan Quaydo bildirib ki, martın 9-da Karakasda müxalifətin etiraz aksiyası keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Quaydonun sözlərinə görə, aksiya iştirakçılarının toplanışı Venesuela paytaxtının müxtəlif rayonlarında olacaq.

“Venesuela sakinləri əvvəlkindən daha böyük güclə bu ölkənin küçələrinə çıxacaq”, – deyə o bildirib.

Quaydo həmçinin bildirib ki, etiraz aksiyasının iştirakçıları öz hədəflərinə nail olmayınca küçələrdən dağılışmayacaqlar.

Daha əvvəl Venesuelanın müxalifət lideri Ekvador prezidenti Lenin Moreno ilə görüşdən sonra ölkəyə qayıtmaq niyyətində olduğunu bildirib.