Quaydo qayıdır və əhalini küçələrə səsləyir

Quaydo qayıdır və əhalini küçələrə səsləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydo ölkəyə qayıdacağını bəyan edib.

O bu barədə özünün Twitter səhifəsində yazıb.

Quaydo əhalini martın 4-5-də ölkə üzrə kütləvi aksiyalara səsləyib.

Qeyd edək ki, Venesuelada mövcud qadağaya baxmayaraq, Quaydo fevralın 22-də Kolumbiyaya gedib. Venesuela Ali Məhkəməsinin konstitusiya palatası hakiminin müavini Xuan Karlos Valdes bildirib ki, qadağanı pozan Quaydonu 30 il müddətinə həbs cəzası gözləyir. ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams isə Maduro hakimiyyətinə bu addımın ağır nəticələri barədə xəbərdarlıq edib.