Quaido Maduronu əfv edə biləcəyini bəyan etdi

Quaido Maduronu əfv edə biləcəyini bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın müxalifət lideri, özünü ölkənin müvəqqəti prezidenti elan edən Xuan Quaido hazırki dövlət başçısı Nikolas Maduronu əfv edə biləcəyini istisna etməyib.

TİA.AZ xəbər verir ki, telekanallardan birinə müsahibəsində Quaido bildirib ki, parlamentdə demokratiyanın bərpasına yardım edəcək funksionerlər və hərbçilər üçün əfvlə bağlı müvafiq təşəbbüsə baxılır:

“Keçid dövründə belə şeylər baş verir. Əfvlə bağlı qanun layihəsinə baxılır”.

Xatırladaq ki, parlamentin spikeri Xuan Quaido iki gün əvvəl özünü ölkənin müvəqqəti prezidenti elan edib.