Çeçenistanın paytaxtı Qroznıdakı OMON (polisin xüsusi məqsədli mobil bölməsi) bazasına təyyarə tipli dronlarla hücum olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Həmçinin hücumun videosu yayılıb. Qeyd olunub ki, OMON-un bazası və ikinci alay hədəf alınıb.
Çeçenistan hakimiyyəti hücumla bağlı hələlik şərh verməyib.
Hücum və onun nəticələri barədə hələ ki rəsmi məlumat yoxdur.
Görüntüləri təqdim edirik: