Qroznı vuruldu: 4 yaralı var, 400 can alacağam! – Video

Qroznı vuruldu: 4 yaralı var, 400 can alacağam! – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qroznı şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarma binaları üzərində PUA-nın məhv edilməsi zamanı mühafizədə olan 4 hərbçi yüngül xəsarət alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

O bildirib ki, havada partlayan pilotsuz təyyarə damı zədələyib və şüşəni sındırıb:

“Gecə saat 00:55-də Qroznıda Çeçenistan Daxili İşlər Nazirliyinin Rusiya Qəhrəmanı Əhməd Kadırov adına xüsusi təyinatlı polis alayının kazarma binaları üzərində pilotsuz uçuş aparatı vurulub. Heç kim ciddi xəsarət almayıb. 4 gözətçi əsgər yüngül yaralanıb. Havada partlayan pilotsuz təyyarə damı zədələyib və şüşəni sındırıb, onun parçaları kiçik yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb. Binaya ciddi ziyan dəyməyib. Çeçenistandan olan 84 min könüllüdən və bölmə döyüşçülərindən ibarət ehtiyat birinci çağırışla cəbhə xəttinə getməyə hazırdır. Bunu belə qoymayacağıq! Və yalnız bu 4 yaralı üçün 400 Ukrayna əsgərini aradan qaldıracağıq”.