“Qroznı üzərində təyyarə iki dəfə zərbə aldı” – The New York Post”un qorxunc ehtimalı

“Qroznı üzərində təyyarə iki dəfə zərbə aldı” – The New York Post”un qorxunc ehtimalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan Embraer 190 tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğraması ətraflnda müzakirələr və informasiya axınları davam edir.

Musavat.com xatırladır ki, təyyarədəki 67 nəfərdən onlarla sərnişinin həlak olduğu ehtimal edilir. Lakin bəzi sərnişinlər möcüzəvi şəkildə sağ qalıblar.

Burada da AZAL pilotlarının peşəkarlığını və fədakarlığını qeyd etmək lazımdır.

Təyyarə Bakıdan çıxaraq Rusiyanın Qroznı şəhərinə istiqamət alıb. Lakin marşrutdan yüzlərlə mil kənara çıxaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılıb. Göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olub.

Hadisə zamanı 32 nəfər, o cümlədən iki uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib. Sağ qalanlar arasında ağır yaralıların olduğu bildirilir. Təyyarədən çıxarılan dörd nəfərin cəsədi müəyyən edilib, digər sərnişinlərin axtarışı davam edir.

Hər iki pilotun qəza zamanı həlak olduğu qeyd edilir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, xəsarət alanların bir qismi kritik vəziyyətdədir. Göyərtədəki sərnişinlərin milliyəti açıqlanıb: 37 nəfər Azərbaycan, 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan və 3 nəfər Qırğızıstan vətəndaşı olub.

“The New York Post” qəzetinin məlumatına görə, qəzanın ilkin səbəbi kimi göyərtədə fövqəladə vəziyyət və quşlarla toqquşma ehtimal edilir. Lakin bu qəzanın arxasında başqa səbəblərin ola biləcəyi də müzakirə olunur. Xüsusilə, Rusiyanın cənubunda dron hücumlarının artdığı dövrdə belə bir qəzanın baş verməsi vurulma ehtimallarını artırır.

WhatsApp Image 2024-12-25 at 19.40.25.jpeg (68 KB)

Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov hadisə yerində olarkən ona verilən məlumatlarda bu ehtimallara diqqət çəkilib. Onu məlumatlandıran bir məmur bildirib ki, təyyarənin quyruq hissəsində açılmış və mərmi zərbələrinə bənzəyən izlər var. Bu şəxs Kəmaləddin Heydərova təyyarənin kənardan vurulma ehtimalını ciddi şəkildə vurğulayıb.

Azərbaycanın məşhur “Caliber.az” saytı da hadisə ilə bağlı bu ehtimalları dəstəkləyən məlumatlar yayıb. Sayt təyyarənin quyruq hissəsində mərmi zərbələrinə bənzər zədələri göstərərək vurulma ehtimalının güclü olduğunu bildirib.

Hazırda hadisənin dəqiq səbəblərinin araşdırılması üçün genişmiqyaslı istintaq aparılır. Hadisə ilə bağlı yekun nəticələrin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Mənbə: The New York Post, Caliber.az, Interfax.