İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Tehrana işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib. Tribunainfo.az xəbər verir ki, bu barədə ER Təhlükəsizlik Şurasının Facebook səhifəsində deyilir.
“Görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və vurğulanıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməli, münaqişələr dialoq yolu ilə həll edilməlidir.
Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunaraq, bu əlaqələrin çoxsahəli inkişafının davamlılığı vurğulanıb.
İbrahim Rəisi Armen Qriqoryandan onun səmimi salamlarını Ermənistanın baş naziri Nikol Paşinyana çatdırmağı xahiş edib”, – postda deyilir.