Baş nazirin müavini Mher Qriqoryan avqustun 23-də Fransa Respublikasının Ermənistana yeni təyin olunmuş səfiri Olivye Dekotinini qəbul edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə ER hökuməti məlumat yayıb.
Görüşün əvvəlində Baş nazirin müavini səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona diplomatik missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb.
Mher Qriqoryan Fransa ilə formalaşmış siyasi əlaqələrin səviyyəsini yüksək qiymətləndirib, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səyləri də vurğulayıb.
Baş nazirin müavini Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağda yaradılmış humanitar vəziyyəti təqdim edib. Bu kontekstdə həmsöhbətlərin hər ikisi məsələnin tezliklə həllinin vacibliyini vurğuladılar.
Ticarətin inkişafı, investisiyalar, infrastrukturun inkişafı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın imkanlarına və perspektivlərinə istinad edilib.