Ermənistan Təhlükəsizlik Şurasının katibi Baydenin müşaviri ilə regional və qeyri-regional təhlükəsizliyi müzakirə edib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Tərəflər regional və daha geniş kontekstdə qeyri-regional təhlükəsizliyin vəziyyəti və çağırışlarını müzakirə ediblər.
Xatırladaq ki, Armen Qriqoryan iyulun 4-də ABŞ-a işgüzar səfərə gedib. Sullivandan başqa bir sıra digər nüfuzlu şəxslərlə də görüşlər planlaşdırılıb.