QRİQORYAN ABŞ-A SƏFƏR EDƏCƏK, BAYDENİN KÖMƏKÇİSİ İLƏ GÖRÜŞƏCƏK

QRİQORYAN ABŞ-A SƏFƏR EDƏCƏK, BAYDENİN KÖMƏKÇİSİ İLƏ GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəliyə Ermənistan-Amerika münasibətlərinin müzakirəsi daxildir.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.

Eyni zamanda, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Digər təfərrüatlar verilmir.