“Qriqoriyan qələt edir, rus Qarabağı bizə yox, erməniyə vermişdi, gəlib azad etdik” – Ekspert

“Qriqoriyan qələt edir, rus Qarabağı bizə yox, erməniyə vermişdi, gəlib azad etdik” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qriqoriyan Paşinyanı təkzib edir. Baş nazir, təsdiq edir ki, Qarabağ Azərbaycandır, bəs necə ola bilər ki, rus alıb bizə versin? Başından böyük qələt edib. Qarabağı rus alıb bizə yox, erməniyə vermişdi, 30 il sonra qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi ilə ədaləti bərpa etdik, işğala son qoyduq”.
Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib. Onun dediyinə görə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan ABŞ-ın adamıdır və bu səbəbdən Rusiya əleyhinə ittihamları gücləndirir. Ekspertin fikrincə, bu açıqlama sülh danışıqlarının ruhuna uyğun deyil və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir: “Rus Qarabağı alıb bizə vermişdisə, “İsgəndər” raketləri kimin arsenalında idi? 30 ildən çox separatçı rejimə kim havadarlıq edib? Məncə, Qriqoriyan erməni xalqında Rusiya haqda mənfi rəyi artırır. Yəni onlar bizim mütəffiq deyil və aldadıblar”.

Roman