“Biz sülh quruculuğu prosesində irəliləyiş əldə etmişik. Təbii ki, bütün problemlər həll olunmayıb. Biz deyə bilmərik ki, bütün sülh gündəliyi tam yerinə yetirilib”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, sərhəddə baş verən insidentlərlə bağlı İrəvan Azərbaycana onların araşdırılması üçün birgə mexanizmlər yaratmağı təklif etməkdə davam edir.
Qriqoryan ABŞ dövlət katibi Marko Rubionun “Azərbaycan və Ermənistan arasında eskalasiya riskini azaltmağa çalışırıq” açıqlamasında da münasibət bildirib. “ABŞ- ın bəyanatlarına gəlincə , onların məsələyə öz qiyməti, Ermənistanın isə öz qiyməti var. Bu qiymətləndirmələr üst – üstə düşməyə bilər. Bəli, insident baş verib. Lakin biz bu məsələdə Azərbaycanla işləməyə davam edəcəyik”.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi son mərhələyə qədəm qoyub. “Onun yalnız imzalanması qalıb. Ermənistan tərəfi saziş imzalanan gün Minsk Qrupunun buraxılması ilə bağlı rəsmi bəyanat verməyə hazırdır”.
Fərda Uğur