Üst tənəffüs yollarının infeksiyaları infarkt və hətta ürək çatışmazlığına səbəb ola bilər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, sağlam insanlar və ürək xəstələri risk altındadır. Bu səbəbdən mütəxəssislər qrip infeksiyası şiddətli keçərsə və ya ürək şikayətlərinə səbəb olarsa, həkimə müraciət etməyi məsləhət görürlər.
Son həftələrdə yuxarı tənəffüs yollarının infeksiyalarında əhəmiyyətli artım müşahidə olunur. Qrip, eyni zamanda RSV və COVID kimi digər viruslar səbəbindən xəstəxanaya müraciət edənlərin sayı heç də az deyil. Bütün yaş qruplarından insanları təsir edən bu xəstəliklər xüsusilə risk qrupunda olanlarda daha ağır keçə bilər. Ürək xəstələri də bu qrupa daxildir. O qədər ki, qrip, infarkt və hətta ürək çatışmazlığı kimi ciddi nəticələrə səbəb ola bilər. Daha əvvəl ürək və ya təzyiq xəstəliyindən əziyyət çəkməsələr də, ağır qripdən sonra ürəklə bağlı ciddi problemləri olan insanlar ola bilər.