Qrip müalicəsi zamanı “Qara siyahı” dakı dərmanlar
Qrip müalicəsi zamanı “Qara siyahı” dakı dərmanlar
İstənilən xəstəliyin müalicəsində vacib olan nədir? Əlbəttə ki, insana yaxşı təsir edən dərman vasitələri! Dərmanı içib yaxşı nəticə görürsənsə, deməli dərman keyfiyətlidi. Bəs əgər dərmanda şəkərdən başqa heç nə olmursa? Burda araşdırmaların kifayət qədər olmaması insanların yalançı və boş dərmanlarla aldanmasına gətirib çıxarır.
Qrip xəstəliyi qış fəsili boyunca davam edir və apteklərdə uzun növbələr yaranır. Reklamlarda göstərilən və ya qonşunun məsləhət gördüyü “mən bu dərmanı içdim, effektli dərmandir”, sözləri, eləcə də əksər həkimlərin bizə tövsiyyə etdiyi dərmanların gerçəklikdəki üzü tamam fərqlidir. Özümüzü və övladlarımızı necə zəhərləyirik? Söhbət “Rusiyanın milli” virusəleyhinə dərmanlarından gedir.
Pediatr Sevinc Cabbarova TİA.AZ -a bildirdi ki, mən qrip zamanı dərmanların istifadəsinin əleyhinəyəm: “ Çünki Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanları qəbul etmir. Bunun sağlamlıqla heç bir əlaqəsi yoxdur. Normal uşaq il ərzində 6-8 dəfə kəskin respirator virus infeksiyasına yoluxa bilir. Qətiyyən immun sisteminə müdaxilə olunmamlıdır. Bu boş dərmanlara nə qədər pul tökənlər var, viferon, erqoferon , ukraferon şamlar hamısı insanların pullarını “yeyir”. Xəstələnən zaman ancaq bol maye içmək, təmiz hava qəbul etmək, həmçinin qidalanmaya fikir vermək lazımdır. Vitamin və mineralları aptekdən yox, bazardan almaq lazımdır”.
Endokrinoloq Xumra Axundova da bildirdi ki, qrip və soyuqdəymə zamanı çoxları vitamin C-yə üstünlük verir, lakin ondan da üstün immunetdə rol oynayan mineral var ki, o da sinkdir: “ Sink – viusu özündə birləşdirən və bədəndən çıxartmaq qabiliyyətinə malikdir. Həqiqətən də ya xəstələnmirsən , ya da xəstəliyi yüngül keçirdirsən. Rusiya virusoloqları da deyir ki, C vitamininə haqsız yerə çox önəm verilir. Əslində sink mikroelementi ondan daha da üstündür”.
TİA. AZ Rusiya mətbuatina istinadən qrip zamanı istifadə olunan dərmanların siyahısını təqdim edir:
ARBİDOL: millətin xilaskarı, qrip əleyhinə sevimli dərman.
Uşaqların, böyüklərin, qocaların və farmasevtlərin sevdiyi dərman. Lakin savadlı mütəxəssislər onu sevmirlər, çünki indiyə qədər hələ onun real effekti bilinmir. Ümumdunya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, bu dərman kliniki təcrübədə minimal tələblərə cavab vermir və onun istifadəsi məsləhət görülmür. 2017-ci ilin yanvarında dərmanda hər hansı bir fəaliyyət mexanizmi aşkarlanıb, lakin effektliyi yenə də sübut olunmayıb. Həyat üçün vacib dərmanlar qrupuna daxil olunub.
AMİKSİN: Həyat üçün vacib dərmanlardan biri də virus əleyhinə olan bu dərmandır. Ümumiyyətlə, interferon tərkibli dərmanlar dünyanın heç bir ölkəsində qəbul edilmir. Dərmanın arzuolunmaz təsirlərinə görə tədqiqatı dayanıb. Belə desək, onun təhlükəsizliyi sübut olunmayıb.
İnqavarin: Virus əleyhinə təsir mexanizmini istehsalçıdan başqa heç kim bilmir. Şərti heç bir araşdırma edilməyib. Əlbətdə ki, həyat üçün vacib dərmanlar qrupuna daxildir.
Kaqoçel: Növbəti dərman “Rusiya alimlərinin unikal ixtira”sıdır – o qədər “unikal”dır ki effektivliyi- lazımsız bir şeydir. Əsas tərkib hissəsi “qossipol” olan bu maddə spermatogenezi məhv edir və kişi sonsuzluğuna gətirib çıxarır. Bununla yanaşı həyat üçün vacib dərmanlar qrupuna daxildir.
Aqri, anaferon, Aflubin, qripp-hell, inflyusid, erqoferon və əlbəttə “ brilliant” oçillokokçinum- sadəcə zəif dozalı dərmanlardır. Sadəcə şəkər topundan başqa bir şey deyil. Çayı şirinləşdirmək üçün mükəmməldir. Bununla da fəaliyyəti bitir.
“Divan- mətbəx” tibbin fikrinə görə, əgər siz xəstənirsinizsə burda mütləq immunitetin düşməsi günahkardır. Amma əgər xəstələnmirsinizsə, immunitetiniz möhtəşəmdir. Kim ki “tez-tez” xəstələnir, təcili “yoxsul” immunitetlərini düzəltsinlər və bu “super-səmərəli” dərmanlardan yararlansınlar.
POLİOKSİDONİYA: Heç kim yaxından bilmir ki, bu nə dərmandır. Bununla bağlı bir araşdırma belə yoxdur. Rusiyanın qrip peyvəndi “Grippol”a daxildir.
BRONXO-MUNAL: Müxtəlif streptokok lizat, klebsiel, stafilokok və tənəffüs yollarının , xroniki bronxit, faringit, laringit, tonzilit, otit xəstəliklərinin müalicəsində istifadə olunur. İstehsalçıya görə dərman kəskin respirator infeksiyalarına qarşı mübarizə aparmaq üçün immun stimullaşdırıcıdır. Bu fantastik fəaliyyətin belə sübutu yoxdur.
QALAVİT: “Müalicə və ümumi soyuqdəymə profilaktikası” istehsalçının fantaziyasına əsaslanır – heç bir araşdırmalar prinsipcə yoxdur.
QRİPPFERON: İnsan interferonu alfa-2b rekombinant 10,000 ml dozada “qrip” müalicəsi üçün nəzərədə tutulub. İnterferon –iynə formasında ( ancaq iynə) viruslu hepatit mülaicəsində, skleroz və xərçəng müalicəsi üçün nəzərdə tutulub. Damcı, sprey və şam formasında olan bu yalançı dərmanların heç bir sübutu yoxdur.
Bundan əlavə bu dozaya interferon daxil edilibsə, viruslara qarşı həqiqi təsir edir. Qriplə müqayisədə isə yan təsirlərə səbəb olur.
DERİNAT: DNT qalıqlarından olan kokteyl, nəyə görəsə birdən- birə immuniteti gücləndirmək üçün virusa qarşı vasitə olur. Orqanizma digər DNT-la az qarşılaşır düşünsək , bu dərmanın keyfiyyətli tədqiqata ehtiyacı var.
İMUDON: Başqa bir lizatlı bakteriyadı ( enterobakteriya və fuzobakteriya) və birdən-birə iki tipli kandida göbələyinə də təsir edir və sirli halda immuniteti stimullaşdırır. İstehsalçıya görə boğazda immun hüceyrələrini aktivləşdirir, bu simptomların səbəbini aradan qaldırır və xəstəlik müddətini 2 dəfədən tez qısaldır. Bu fikir peyvəndi xatırladır. Ancaq bunun kandida, enterobakteriya və qriplə nə əlaqəsi var? Bu sualı, həmçinin təsir mexanizmini tədqiq etmək lazımdır. Amma təəsüf ki, araşdırma yoxdur.
İRS-19 : 3-cü məşhur lizatlı bakteriya ( streptokok və s.) oxşar imudon və bronxo-munaldi , ancaq nazal formada. Yuxarı tənəffüs yollarının və bronxların xroniki xəstəliklərinin müalicəsində istifadə olunur.
ÇİKLOFERON: İnterferon istehsalı olub “yüksək mənəvi” stimulyatordu, həyat üçün vacib dərmanlar qrupuna daxildir. Farmakologiyanın heç kimə məlum olmayan “Akridon” adlı dərman molekulları əsasında yaradılıb və interferon induktoru və immun modulyatoru kimi bilinir. Nə bu maddə, nə də onun törəmələrinin (çikloferon, neovir) farmakologiyada etibarlılığı, təhlükəsizliyi və effektivliyi tədqiq edilməmişdir.
ÇİTROVİR-3: Bütün xəstəliklərin müalicəsində immunomodulyator və induktor rolu oynayır. Heç bir fəaliyyət mexanizmi, effektivliyi ilə bağlı işlər mövcud deyil.
EXİNESİYA: Onun əsasını, immunal, immunorm, esberitorks təşkil edir. Araşdırma var , lakin qripin qarşısını almaq üçün əhəmiyyətli səmərəliliyi aşkarlanmayıb.
İstənilən immunomodulyatorlar və “ immunitet qaldırıcılar ” sadəcə marketinqdir və tibblə heç bir əlaqəsi yoxdur. Amma o qədər uğurludur ki, bu dərmanlar həyat üçün vacib dərmanlar qrupuna daxildir.
Soyuqdəymə müalicəsi adekvat, sırf simptomatik hesab olunur ki, parasetamol, ibupren və həmçinin soyuqdəymə və boğaz ağrısına qarşı dərmanlar da buna əsasən təyin olunur. Qrip və ona bənzər xəstəlikləri müalicə etmək və azaltmaq üçün yollar yoxdur . Heç bir reklam və ya qonşu məsləhəti olmadan bunu başa düşmək və qəbul etmək lazımdır .
NİLUFƏR