QRİP MÖVSÜMÜ BAŞLADI – BU ŞƏXSLƏR DİQQƏTLİ OLSUN…

QRİP MÖVSÜMÜ BAŞLADI – BU ŞƏXSLƏR DİQQƏTLİ OLSUN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların sərinləşməsi ilə əlaqədar olaraq müəyyən xəstəliklər də baş qaldırıb. Hazırda mövsümlə əlaqədar olaraq qrip virusunun ən kəskin yayılan dövrüdür.

Tribunainfo.az yazır ki, həkimlər bildirib ki, havaların anidən belə kəskin soyuması səbəbindən immuniteti zəif olanlar və xüsusilə 2 yaşdan aşağı, 65 yaşdan yuxarı olanlar diqqətli olmalıdır.
Mövsümün sərin havaları xüsusilə körpələrə və yaşı 65-dən yuxarı olanlara təsir edir. Həmçinin immuniteti zəif olanlar mümkün qədər özünü qorumalı, evdən çıxarkən havanın sərinliyini nəzərə almalıdır.

Həkimlər bildirir ki, məktəblərin açılamasına az müddət qaldığından qrip virusunun yayılmasında kəskin artım müşahidə edilə bilər. Bu səbəbdən valideynlər diqqətli olmalı, məktəblilərə mümkün qədər vitaminli qidalar verməli, meyvə və tərəvəzi bol etməlidirlər. Havalar sərin olsa da, mümkün qədər havada çox olmaq, gəzintiyə çıxmaq, bol su qəbul etmək, meyvə-tərəvəzi isə artırmaq lazımdır.