Tekirdağda nadir hadisə baş verib. Şarköy rayonunda doğulan əkiz quzulardan birinin üzünün olmaması təəccüb doğurub. Bunun üzərinə baytar Onur Kəmər tövləyə gələrək bu cür canlılarda sağ qalma ehtimalının olmadığını bildirib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan 48 yaşlı Adnan Elma tövləsinə gedərək əkiz quzulara baxanda heyrətlənib.
Üzü inkişaf etmədən doğulan quzu yarım saatdan çox yaşaya bilməyib.
Baytar Onur Kəmər bildirib ki, “Bu cür pozğunluqlar hamiləlik zamanı istifadə edilən dərmanlardan və hamiləlik zamanı qidalanmadan qaynaqlanır”.