Qoşqar Təhməzli Bakıda bina tikdirir, AQTA isə… FOTO

Qoşqar Təhməzli Bakıda bina tikdirir, AQTA isə… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhməzlilər Bakının mərkəzində, Kövkəb Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı “Murad Residence”dir. Yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin oğlu Murad Təhməzli Residense.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Cavanşir Həsənli yazıb. Təhməzlilərin biznesindən yazan C.Həsənli bildirib ki, tikilməkdə olan binanı AQTA rəhbəri Qoşqar Təhməzlinin qardaşı, MİDA MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş “MURAD-T” Mənzil Tikinti Kooperativi həyata keçrir:

“Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus Cavidan İmanovun qanuni təmsilçisi olduğu “Liman Qrup” isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb.
O, 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Lakin şirkət 2017-ci ildə ləğv olunub”.

C.Həsəni bildirib ki, Q.Təhməzli biznesini qardaşının, kürəkəninin adına keçirməklə biznesini ört-basdır etməyə çalışır:

“AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi “təhlükəsizlik radarına” kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orada-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq”.