backend

Qorxunc XƏBƏRDARLIQ: 3 milyard insan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın su ehtiyatlarının 75 faizi Kür və Araz çaylarının hesabına təmin olunur. 

“Azərbaycanın su ehtiyatlarının 75 faizi Kür və Araz çaylarının hesabına təmin olunur.

 Bu çaylar Ermənistan və Gürcüstan tərəfindən ekoloji çirklənməyə məruz qaldığından ölkədə təmiz su mənbəyi azalır”.

TİA.AZ xəbər verir ki, bu sözləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyevin AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclasında bildirib. “Problemin həlli yolu isə ekoloji cəhətdən təmiz və yüksək potensiala malik kəhrizlərin bərpasıdır” deyən alim uzun illər istifadəsiz qalan su mənbələrinin yenidən bərpasına və mühafizəsinə ehtiyac olduğunu söylədi. O, ölkəmizin kəhrizlərdən istifadəyə görə dünya üzrə 4-cü yerdə qərarlaşdığını diqqətə çatdırdı.

Son illər ərzində baş verən iqlim dəyişikliyi və onun səbəbləri barədə məlumat verən alim, bildirib ki, havanın temperaturunun artması nəticəsində 2030-cu ildə 3 milyarddan artıq insan su problemi ilə qarşılaşacaq, ekoloji gərginlik müxtəlif fəsadlarla gündəmə gələcək. Onun sözlərinə görə, Azərbaycanda isə Naxçıvan ərazisində iqlim dəyişməsinin daha fəsadlı nəticələrlə özünü göstərəcək.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il üzrə Gənclər üçün Prezident mükafatı və “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında” sərəncamından irəli gələn məsələlər müzakirə edildi. Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı bəzi institutların tərkibində sturktur dəyişiklikləri gerçəkləşdirildi, yeni şöbələrin yaradılması qərara alınıb.Sonda bir sıra kadr məsələlərinə də baxıldı.